Ağstafa sakinini qonaq getdiyi yerdə avadanlıq təmir edərkən elektrik vurub.
Oxu.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Ağstafa rayonunun Düzqışlaq kəndində baş verib.
Belə ki, kənd sakini, 38 yaşlı Vəli Zeynalov elektrik cihazını təmir edən zaman cərəyan onu vurub. O, hadisə yerində dünyasını dəyişib.
Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunublar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ağstafada bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Vəli Zeynalovu yaşadığı evdə elektrik cərəyanı vuraraq öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov