2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində I qrupunda mübarizəyə yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün son matçları turnir cədvəli baxımından əhəmiyyətsiz olub.
Lider Norveç "San-Siro"da ikinci pillədəki İtaliyanın qonağı olub. Skandinavlar adlı-sanlı rəqibi onun öz meydanında darmadağın edərək seçmə mərhələni yüzfaizlik nəticə ilə başa vurubular - 1:4.
Digər qarşılaşmada İsrail qrup sonuncusu Moldovanı qəbul edib. Görüş gözlənildiyi kimi meydan sahiblərinin böyük üstünlüyü ilə keçib ki, bu da hesabda öz əksini tapıb - 4:1.
Beləliklə də, Norveç 24 xalla qrup birincisi kimi dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. İkinci pillənin sahibi İtaliya 18 xal toplayaraq pley-off mərhələsinə adlayıb.