Astarada baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, qəzadan öncə ata övladına şirniyyat almaq üçün onu mağazaya aparırmış.
Yaxınlarının sözlərinə görə, sürücü avtomobili yüksək sürətlə idarə edib.
Nəticədə ata və oğlu xəsarət alıblar.
Qeyd edək ki, azyaşlı evin tək övladıdır.
Ətraflı Baku TV-nin süjetində:
Astarada avtomobil ata və oğlunu vurub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.