Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda qoruqda baş verən yanğın söndürülüb
Ağstafada qoruq ərazisində baş vermiş yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahədə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- "Bir az ağlını itirmişdi, öz aləmində idi" - Şərurda YANARAQ ÖLƏN kişinin qonşusu
- Şahbuz rayonunda GÜCLÜ YANĞIN
- Bakıda iki bitişik evdə YANĞIN baş verdi
- Binədə güclü yanğın olub: Sakinlər xüsusi texnika ilə xilas ediliblər
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI