Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə faciəli şəkildə ölən azərbaycanlı TIR sürücüsü kimdir? - Bəzi DETALLAR məlum oldu
Türkiyənin Rize şəhərində azərbaycanlı TIR sürücüsünün ölümü ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, TIR etibarnamə ilə də idarə olunub.
Belə ki, 59-BG-176 dövlət qeydiyyat nişanlı TIR-ın sahibi Tərtər rayonu V.S.Həsənov küçəsində yaşayan 1986-cı il təvəllüdlü Zaur Nizami oğlu Nağıyevdir. O, son dəfə avtomobili etibarnamə ilə Tərtər rayon Bəyimsarov kənd sakini 1991-ci il təvəllüdlü Elnur Pərvanə oğlu Nəsirova verib.
Hadisə zamanı həyatını itirən şəxsin Zaur, yoxsa Elnur olduğu hələlik məlum deyil.
Əzizə İsmayılova
Türkiyədə azərbaycanlı TIR sürücüsü faciəli şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Rize şəhərində qeydə alınıb. Azərbaycana məxsus 59-BG-176 dövlət qeydiyyat nişanlı TIR-ın naməlum sürücüsü yolu keçərkən onu maşın vurub. O, hadisə yerində dünyasını dəyişib.
Mərhum faciəli ölümünün bəzi detalları məlumdur. O, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq, restoranda yemək üçün əks tərəfə keçmək istəyib. Hadisə də bu zaman baş verib.
Qeyd edək ki, hazırda yuxarıda qeyd edilən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün yaxınları axtarılır.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə sürücü idarəetməni itirdi: Yük maşını su kanalına yuvarlandı
- Ümit Özdağ azadlığa buraxılıb
- Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu
- Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılacağı tarix məlum olub
- Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığını hədəfə alanlara "Haber Global"dan ciddi REAKSİYA