Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kimyəvi məhluldan zəhərlənən azyaşlının SON DURUMU
Qobustanda kimyəvi məhluldan zəhərlənən azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Aprelin 4-ü 22.05.2022-ci il təvəllüdlü (kişi cinsli) Qobustan rayon Təklə kənd sakinin kimyəvi məhluldan zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Ona ilkin yardım göstərilib, instrumental və diaqnostik müayinələr aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Qobustanda azyaşlı kimyəvi məhluldan zəhərlənib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
3 yaşlı U.Xəlilov yaşadığı evdə nəzarətsiz qaldığı zaman kimyəvi məhlul içib.
O, xəstəxanaya yerləşdirilib.
Aytac Qasımova
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
- Gəncədə dərmandan zəhərlənən gənc oğlanın VƏZİYYƏTİ AÇIQLANDI
- Apreldə KTM-ə zəhərlənmə səbəbi ilə 126 nəfər gətirilib, onlardan 4-ü ölüb
- Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə
- Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
- Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə baş verib