Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 12-si saat Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
1998-ci il təvəllüdlü şəxsə sağ üzün və sağ topuğun sıyrılmış yaraları, döş qəfəsinin və bel fəqərəsinin əziyi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilib".
Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iyunun 12-si saat 08:00-da Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes-Benz" markalı yük avtomobili və traktor toqquşub.
Nəticədə traktorun sürücüsü 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda, Türyançay yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Görüntülərdə hadisə zamanı qoşqulu traktorun aşdığı qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Aygün Mirakif