Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA - Xəsarət alan var
"Bakı-Sumqayıt yolunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bu gün saat 14:00-da yolun 12-ci km-də qeydə alınıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
""Mercedes" markalı 90-SG-489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ülvi Alışovun idarəetməni itirməsi səbəbindən idarə etdiyi avtomobil əvvəlcə 99-LL-964 dövlət nömrə nişanlı, Mətləbli Nemanın idarə etdiyi DAF markalı yük avtomobilinə, daha sonra isə Zakir Şakir oğlu Səmədovun idarə etdiyi "Mercedes" markalı 10-SX-265 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Bu zaman hərəkətdə olan 99-BB-387 dövlət qeydiyyat nişanlı, Elnur Eyyub oğlu Əliyevin idarə etdiyi "Opel" markalı avtomobil də sözügedən yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Hadisə nəticəsində "Opel"də olan sərnişin Ərəstun Abbasağa oğlu Abbasov yüngüldərəcəli xəsarət alıb. Faktla bağlı araşdırma aparılır"- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, biri yük avtomobili olmaqla dörd nəqliyyat vasitəsi toqquşub.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
- Göygöldə avtomobillər toqquşdu - Xəsarət alanların son durumu AÇIQLANDI
- Qobustanda yük və minik maşınları TOQQUŞDU: Xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
- Bakı-Quba yolunda QƏZA: Avtomobil yararsız hala düşdü
- Türkiyədə tələbələri daşıyan mikroavtobus aşdı - Xəsarət alanlar var