Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub.
Həmin şəxs barəsində polis əməkdaşları tərəfindən axtarış elan edilib. 16 yaşlı yeniyetmənin yeri müəyyən olunub və ailəsinə təhvil verilib.
Məhərrəm Əliyev
Bakıda 16 yaşlı oğlan itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsi ev 31/38, mənzil 16-da baş verib.
Həmin ünvanda yaşayan 2009-cu il təvəllüdlü Səid Kamaləddin oğlu Hacızadə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.
Samir Əli