Bakıda 52 yaşlı qadını avtomobil vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 21-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Cəmil Paşa oğlu Mehdiyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Bikə Abdul qızı Cəbrayılovanı vurub. Xəstəxanaya çatdırılan piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli