Bakıda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Hacıqabul rayon sakini, 1966-cı il təvəllüdlü Gülhəsən Vahubovun qəsəbə ərazisindəki iş yerində başına dəmir parçası düşüb.
Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən G.Vahubov orada ölüb.
Qaynar xətt:
(055) 224 12 12