Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtobus piyadanı vuraraq öldürüb. Hadisə ötən gün səhər saatlarında baş verib
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Ələşrəf Əliyevin idarə etdiyi "Daevvoo" markalı 10-TG-712 qeydiyyat nişanlı marşrut avtobusu olub. Qəzada həlak olan Firudin Hacıyev isə Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşı idi.
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 24-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Ələşrəf Xaləddin oğlu Əliyev idarə etdiyi avtobusla yolu keçmək istəyən piyada Firudin Vəli oğlu Hacıyevi vurub.
F.Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.