Ötən gecə Bakıda avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Orxan Qurbanov hadisə yerində dünyasını dəyişib.
Oxu.Az "Unikal"a istinadən həlak olan gəncin fotosunu təqdim edir:

Bakıda avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.