Dəm qazı zəhərlənməsi növbəti dəfə faciə ilə nəticələnib.
Paytaxtın Xətai rayonunda baş verən hadisə nəticəsində bacı və qardaş həyatlarını itiriblər. Hadisə dekabrın 20-də axşam saatlarında rayondakı çoxmərtəbəli binalardan birində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, 17 yaşlı Zeynəb Yaralıyeva və 16 yaşlı qardaşı Amin Yaralıyev dəm qazından boğularaq dünyasını dəyişiblər.
Hadisənin şahidi bildirir ki, faciə saat 20 radələrində baş verib:
"Evə qayıdanda səs-küy eşitdim. Həyəcanla yuxarı qalxdım ki, görüm səs bizim evdən gəlir, ya yox. Hamı yığışmışdı. Dedilər ki, bacı və qardaş rəhmətə gediblər. Onlar burada anaları ilə yaşayırdılar".
Digər bir şahid isə qeyd edib ki, yaşadıqları ev onların şəxsi evi olmayıb:
"Arada anaları ilə liftdə qarşılaşırdım. Öz evləri deyildi, kirayədə qalırdılar. İki ildir burada yaşayırdılar. Qusarın kəndindən idilər, yəqin dəfn üçün ora apararlar".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Xətai rayonunda yaşadıqları mənzildə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-si saat 20:00-da təcili çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.
Aygün Mirakif
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də Xətai rayonunda baş verib.
2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.