Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı
Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın əlaqələrindən şübhələnib.
O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirib.
M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.
Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.
Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlib.
Bu məqsədlə G.Əkbərovaya məxsus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və yazılı mesajlar ataraq Günayı öldürəcəyini bildirib.
S.Nəcəfov isə Mustafaya zəng edərək səbirli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərovanı da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib.
Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını mərkəzi kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb.
Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb.
Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərova ölüb.
Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Arvadını uşaqlarının yanında öldürən ərinə 18 il həbs cəzası verildi
- Oğlunun meyitinin yanında qatilin atası ilə çay içib - Tükürpədən qətlin DETALLARI
- Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
- Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı
- Bacısının qətlində təqsirləndirilən şəxs psixiatrik müalicəyə göndərildi
Rəylər