Bakıda xarici ölkə vətəndaşı 50 yaşlı kişini avtomobillə vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, Rusiya vətəndaşı İmiraslan Şıxveledoviç Şıxveledov idarə etdiyi "Volvo" markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Sabir Balamirzə oğlu Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Aqil Vəlili