Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda gecə saatlarında baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU
Bakı Kənar Dairəvi yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sözügedən hadisə fevralın 6-sı saat 00:30-da kənar dairəvi yolun 13-cü kilometrliyində, Biləcəri istiqamətində baş verib:
"Hadisə zamanı Samir Məmmədağa oğlu Tağıyevin idarə etdiyi 77-AL-401 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil 77-RS-976 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "Ford" markalı avtomobil yolun ortasına aşıb və "Chevrolet Cobalt" markalı 77-PL-054 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. "Khazar" markalı avtomobil isə qəza nəticəsində yolun kənarındakı dəmirə çırpılıb. "Ford" markalı yük avtomobili idarə edən Elşən Nəriman oğlu Əliyev xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfərə yerində tibbi xidmət göstərilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Lökbatana gedən yolda fevralın 6-sı saat 00:30-da üç maşının toqquşması ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib".
Bakı Kənar Dairəvi yolunun Yeni Yasamal rayonu ərazisindən keçən hissəsində minik avtomobili yük avtomobilinə çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisənin gecə saatlarında baş verdiyi bildirilir.
İlkin məlumata görə, 77-AL-401 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil üzü Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan zaman 77-RS-976 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı maşında sıxılmış vəziyyətdə qalan üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəbini öyrənmək üçün Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Hadisənin görüntülərini təqdim edirik:
Aygün Mirakif
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI
- Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ