Oktyabrın 21-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən vətəndaşın halının pisləşməsi səbəbi ilə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.
Məlumatda qeyd olunub ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
Məhərrəm Əliyev

Bakıda avtobus qəzasına səbəb sürücünün səhhətində qəfil baş verən narahatlıq olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:
"Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün əraziyə dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, Bakıda baş verən avtobus qəzası zamanı xəsarətlə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.
Bakıda baş verən avtobus qəzası zamanı xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədov məlumat verib. O bildirib ki, hadisə bu gün saat 10:40 radələrində paytaxtın Səbail rayonu, Neftçilər prospekti ərasində, Qız Qalasının yaxınlığında baş verib.
Hylman Salman oğlu Əliyevin idarə etdiyi "BakuBus"a məxsus 125 saylı marşrut xətti üzrə hərəkət edən 99-JU-809 dövlət nömrə nişanlı avtobusla hərəkətdə olarkən qəfil idarəetməni itirib:
"Nəticədə avtobus yoldan çıxaraq maneələrə dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".
@tv.oxu Bakının mərkəzində QƏZA - Sərnişin avtobusu bulvar ərazisinə daxil oldu: Yaralılar var Avtobus qəza oxuaz
♬ oxu.az - orijinal ses - oxu.az
Samir Əli
Bakı şəhərində idarəetmədən çıxan sərnişin avtobusu bulvar ərazisinə girib.
Oxu.Az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan sərnişin avtobusu bulvar ərazisinin yaşıllıq zolağına daxil olub.
İlkin məlumata əsasən, xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov