Bakı şəhəri, Binə qəsəbəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə "Südçülük sovxozu" adlanan ərazidə qeydə alınıb.
Belə ki, hadisə zamanı 99-VX-544 dövlət nömrə nişanlı "Ford Fiesta" avtomobili ilə 99-GL-998 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı maşın toqquşub.
Toqquşma nəticəsində "Ford" markalı avtomobil bordürə çırpılıb. Hər iki avtomobilə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.
Sözügedən yol-nəqliyyat hadisəsindən görüntüləri təqdim edirik:
Aygün Mirakif