Bakıda 66 yaşlı kişi kafedə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 10 radələrində Nizami rayonu, Əliağa Kürçaylı küçəsindəki kafedə baş verib. Kafenin gözətçisi, 1959-cu il təvəllüdlü İlqar İsmayılov iş yerində olarkən halı qəfil pisləşib. O, iş yerində vəfat edib.
İlkin ehtimala görə, 66 yaşlı İ.İsmayılov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli