Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından birinin bağlanması ilə əlaqədar rəsmi açıqlama verilib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında çıxışın təmirlə əlaqədar bağlandığını bildirib.
Onun sözlərinə görə, "Nərimanov" stansiyasının dördüncü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:
"Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq beş saylı çıxışdan istifadə etmələri xahiş olunur.
İşlərin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur".

Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri bağlanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən stansiyanın beş çıxışından birində sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.
İlkin məlumata görə, çıxış təmirə görə bağlanıb.