Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Samir Əli