Bakı şəhəri, Səməd Vurğun küçəsində avtomobilin vurduğu piyadanın vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-a Klinik Tibbi Mərkəzdən məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 7-si, saat 13:55-də Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən 22 yaşlı qadın başın açıq yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə təxliyə olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
Bakı şəhəri, Səməd Vurğun küçəsində piyadanı avtomobil vurub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 90-OU-858 dövlət nömrə nişanlı "Chevrolet Malibu" markalı avtomobilin qadın sürücüsü piyada keçidindən keçmək istəyən həmcinsini vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri almış qadın Klinik Tibbi Mərkəzə çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Aygün Mirakif