Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Pirallahı-Qala yolunda, Dübəndi bağ massivi ərazisində qeydə alınıb.
1988-ci il təvəllüdlü İntizar Lətif oğlu Umudov "Mercedes" markalı avtomobillə piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Əbdül oğlu Salmanovu vurub.
Piyada hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12