Bakıda qadın sürücü qəza törədib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 12-də saat 22 radələrində paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini Əsmər Məmmədova "KIA Morning" markalı avtomobillə Türkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən Məlahət Kamal qızı Əlibəyovanı vurub. Piyada xəstəxanaya aparılarkən təcili tibbi yardım avtomobilində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12