Bakıda pasiyentin mədəsindən yad cisim çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, yeniyetmənin valideynləri övladının səhhətində yaranan narahatlıqla bağlı poliklinikaya müraciət edib.
Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu üzə çıxıb.
Həkim-qastroenteroloq tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
Bakıda yeniyetmənin mədəsindən mismar çıxarılıb
