Bakıda İncəsənət Gimnaziyasının yaxınlığındakı yeraltı keçiddə qırılan eskalatorun ətrafı təhlükəsizlik səbəbi ilə lentlənib.
Ərazidə olan nəzarətçi isə baş verən faktı təsdiqləyib.
O, hadisə anını belə şərh edib:
"Çıxdığı yerdə qəfil dayandı. 3 nəfər idilər. Biz onlara kömək etdik".
Sahə rəisi də məsələyə münasibət bildirib:
"Orada elə bir hadisə baş verməyib. Sadəcə olaraq, eskalatorla qalxanda biri müvazinətini itirib yıxılıb. Normal bir şeydir. Hamı yıxılır", - deyə o vurğulayıb.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.
Aytac Qasımova