"Barselona"nın prezidenti Xuan Laporta klub prezidenti seçkisində namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.
Oxu.Az bu barədə "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir.
"Mən Putin və Maduro kimi olmayacağam. "Barselona"da üçüncü prezidentlik müddətinə getməyi düşünmürəm. Yenidən namizəd ola bilərdim, amma bunu planlaşdırmıram", - deyə o vurğulayıb.
Qeyd edək ki, Laporta 2021-ci ildən prezident vəzifəsini tutur. Növbəti prezident seçkisi 2026-cı ildə keçiriləcək. Klubun nizamnaməsinə əsasən, eyni şəxs iki ardıcıl müddətdən artıq prezident vəzifəsini tuta bilməz.