Bakıda yük avtomobili qadını vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Rövşən Mövlud oğlu İsmayılov "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu, şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Səbuhə Kəmaləddin qızı Mahmudovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.