Bakının Sabunçu rayonunda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Sabunçu-Zabrat yolunda 90-OH-375 dövlət nömrə nişanlı "Ford Transit" markalı yük avtomobili qəzaya uğrayıb.
Qəza nəticəsində sürücünün sükan arxasında sıxılıb qaldığı və həlak olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.


Təhməz Əsəd