Ərazidə baş vermiş su qəzası səbəbindən yolun asfalt örtüyündə problem yaranıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qurumdan qeyd olunub ki, yaranmış nasazlıq aidiyyəti qurum tərəfindən qısa müddətdə aradan qaldırılıb.
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır.
Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir.
Qeyd edək ki, yolun sözügedən hissəsinin yeni təmir olunduğu görünsə də, görülən işin keyfiyyəti ilə bağlı suallar yaranır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.