Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının müxtəlif ərazilərində baş vermiş qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın müxtəlif ərazilərində baş vermiş qəzalarla bağlı sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, kameraların qeydə aldığı bu qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı işıqforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb:
"Bu cür qəzalar bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, işıqforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yolayrıcı, manevretmə və digər qaydalara əməl etməməsi səbəbindən baş verir.
Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, işıqforlar yararsız vəziyyətə düşür".
"Sürücülərin diqqətinə çatdırırıq ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır. Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıclarına daxil olarkən diqqətli olmalıdırlar", - deyə müraciətdə qeyd olunub.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Dioqu Jotanın yanan avtomobilinin videosunu çəkən şəxs faciədən danışdı
- Goranboyda idarəetmədən çıxan maşın gölə düşdü
- Bakıda ölümlə nəticələnən avtoqəzada xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
- Aeroport şosesində baş verən qəza sıxlığa səbəb oldu - ANBAAN GÖRÜNTÜLƏR
- Füzulidə yanacaqdoldurma məntəqəsində QƏZA