Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunur ki, M.Cəfərov 1979-cu ildən BDU-da fəaliyyət göstərib. 1979-84-cü illərdə BDU-nun Rus dilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri olub.
Bildirilib ki, M.Cəfərov 2009-cu ildə "Əməkdar müəllim" fəxri adı, 2019-cu ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
