Bakıda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bərdə rayon sakini Elvin Cahid oğlu Behbudov Bakıda kirayə qaldığı mənzildə birlikdə yaşadığı həmyerlisi, 1984-cü il təvəllüdlü Mətləb Murğuz oğlu Bayramovu bıçaqlayıb. M.Bayramov aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən Elvin Behbudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli