Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.
Eyvazalılar kənd sakini, 2009-cu il təvəllüdlü Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.