Binəqədi rayonu ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bakı şəhəri Binəqədi rayonu ərazisində açıq sahədə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.