Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cəlilabadda kombaynlar taxıl yanğınının qarşısını alırlar - GÖRÜNTÜLƏR
Cəlilabad rayonunda taxıl sahəsində yanğın olub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Privolnoye kəndində qeydə alınıb.
Yanğın zamanı ərazidə olan bir neçə kombayn biçin işləri apararaq, yanğının qarşısını almağa çalışıblar. Həmçinin dəyən zərərin azalmasına cəhd göstəriblər. Daha sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.
Buna baxmayaraq, 5 hektar biçilmiş və 3.5 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar