Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən "Ekopark" yaşayış kompleksində baş verən yanğın söndürülüb.
Oxu.Az-a bu barədə məlumat daxil olub.
Bildirilib ki, yanğının söndürülməsində iştirak edən yanğınsöndürənlərdən biri tüstüdən boğulub. Ona hadisə yerində tibbi yardım göstərilib.
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub".
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar:
"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək".
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən "Ekopark" yaşayış kompleksində yanğın başlayıb.
Bu barədə görüntülər Oxu.Az-a daxil olub.
Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.