Bakıda cəzaçəkmə müəssisəsində məhbusda deşici alət aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Müəssisənin istehsalat sahəsindən qayıdan məhbus əməliyyat məlumatı əsasında saxlanılıb və üzərinə baxış keçirilib. Axtarış zamanı onun hər iki corabından kustar üsulla hazırlanmış, deşici alət olan iki ədəd biz aşkar edilərək götürülüb.
Məhbus barədə yenidən cinayət işi başlanıb və o, məhkəməyə çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il 6 ay azadlıqdan məhrum edilmiş məhkuma daha 4 ay həbs cəzası verilib.
Samir Əli