Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Qəza zamanı BYD və "Chevrolet" markalı avtomobillər toqquşub. Zərbədən sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında park edilmiş "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.
Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12