Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Daha bir tiktoker ev dustaqlığına buraxıldı
Nərimanov Rayon Məhkəməsində tiktoker, "Magerramov" ləqəbli Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə vəsatət təmin edilib və Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.

Samir Əli
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Binəqədidə narkokuryerlik edən tiktoker SAXLANILDI
- Məhkəmədə gərgin anlar: İlhamə Elşadqızı hakimin sərt reaksiyası ilə üzləşdi
- Xaçmazda silahlı narkokuryer saxlanılıb
- "Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı
- Hamburq limanında 24 milyon avroluq kokain ələ keçirildi