Daşkəsən rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Almalı kənd sakini Abil Verdiyev spirtli içki aludəçisi olub. O, mütəmadi olaraq spirtli içki qəbul edir və evdə mübahisə yaradırmış.
Dünən axşam saatlarında Abil yenidən spirtli içki qəbul edib və həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı bu barədə valideynlərinə məlumat verib. Valideynləri onların evinə gəlib və Abilin yenidən spirtli içki qəbul etdiyini görüblər.
Qayınatası Əli Ələsgərov ona spirtli içki qəbul etdiyi üçün irad tutub. Bundan əsəbiləşən Abil "Yaxşı eləyirəm, sənin pulunla içmirəm ki", - deyərək qayınatasını və qayınanasını evdən qovub.
Nəticədə qayınata ilə kürəkən arasında əlbəyaxa dava düşüb. Abil qayınatasının başını divara vurub və onun başı yarılıb. Bundan əsəbiləşən qayınata stolun üstündəki bıçağı götürərək kürəkəninin qarın nahiyəsinə zərbə endirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib və hər iki şəxsə ilkin tibbi yardım göstərib.
Abil Verdiyev bıçaq xəsarəti ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daşkəsən rayonunda kürəkənini bıçaqlamaqda şübhəli bilinən qayınata özü də xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 5-də saat 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Daşkəsən rayonu, Almalı kəndi ərazisindən çağırış edilib.
Həmin ünvana göndərilən təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi cinsli) yerində yardım olunub.
Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Almalı kəndində qeydə alınıb.
Kənd sakini Abil Verdiyev bıçaq xəsarəti ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərov tərəfindən törədildiyi bildirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Ələsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.