Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Qaynar xətt:
(055) 224 12 12