Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolun qarşı tərəfinə keçmək istəyən 6 yaşlı Almila Əlizadəni vurub.
Uşaq xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, A.Əlizadəni vuran avtomobilin sürücüsü qadın olub.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə piyadanı avtomobil vurub.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Elçin Məmmədov yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov