Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2000-ci il təvəllüdlü Seymur Zeynalov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması məlum deyil. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istəqamətində tədbirlər görür.
Qaynar xətt:
(055) 224 12 12