Gəncədə 59 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini, 1967-ci il təvəllüdlü Murad Teymurov küçədə bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli