Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var.
Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobillə moped toqquşub.
Qəza nəticəsində moped sürücüsü, 21 yaşlı kuryer İsrail Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12