Gəncədə fəaliyyət göstərməyən dəyirman binasında baş verən yanğının söndürülməsi istiqamətində işlər görülür.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Gəncə şəhəri, Xətai prospektində fəaliyyət göstərməyən dəyirman binasında tullantıların yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Samir Əli
Gəncədə fəaliyyət göstərməyən zavodda yanğın başlayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bəzi hissələri müxtəlif işlər üçün icarəyə verilib.