Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan VAZ-2107 və BYD markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.