Göygöldə evdə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, martın 21-də saat 14:30-da 1965-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Üz nahiyəsinin, hər iki yuxarı ətrafın II və III dərəcəli yanıq xəsarəti diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.